12:31 - 24.09.2019
24 sentyabr, Fineko/abc.az. Yaxın zamanlarda Meqa Həyat sığorta şirkəti yaradılacaq.
Bu barədə şirkətin Biznesin İnkişaf departamentinin direktor müavini Fatima Sadiqova ABC.AZ-a açıqlamasında bidlirib.
Sözügedən sığorta növünün müştərilərə təklif olunacağı vaxtın hələ bilinmədiyini deyən F.Sadiqova qeyd etdi ki, şirkət artıq Vergilər nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınıb: “Yeni şirkətin nizamnamə kapitalı 11 milyon manatdır. Səhmləri birbaşa Meqa Sığorta ASC-nindir”.
Şirkətin hüquqi ünvanı kimi Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 19 A göstərilib.
Qeyd edək ki, indiyənə qədər Azərbaycanda həyat sığortasını 4 şirkət tətbiq edirdi. Meqa Həyat Sığorta yaranandan sonra onların sayı 5 olacaq.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026