09:43 - 20.09.2019
20 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən ticarət gedişatında neftin qiymətləri artmaqdadır.
Sentyabrın 19-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,80 (1,26%) artaraq $64,40 təşkil etmişdir. Cümə günü saat 9:05-də Brent markalı neftin noyabr fyuçersi $0,34 (0,53%) artaraq bir barelə $64,74 təşkil edib.
NYMEX birjasında sentyabrın 19-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,02 (0,03%) artaraq bir barelə $58,13 təşkil etmişdir. WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə günü saat 9:25-də $0,57 (0,98%) yüksələrək $58,70 / barelə təşkil etmişdir.
Dow Jones-in məlumatına görə, neft bazarı hələ də Yaxın Şərqdə geosiyasi gərginliyin artması ilə əlaqədar qısamüddətli perspektivdə qlobal bazarda mümkün təchizat çatışmazlığından ehtiyat edir.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026