15:11 - 12.12.2017
12 dekabr, Fineko/abc.az. Azərbaycanda cari ilin noyabr ayında inflyasiya 0,2% təşkil etmişdir, oktyabrda isə bu göstərici 1,1% bərabər idi.
Dövlət Statistika Komitəsindən bildirildi: “Ərzaq mallarına olan qiymətlərdə 0,3%, həmçinin qeyri-ərzaq mallarına olan qiymətlərdə 0,3% bahalaşma qeyd edilir, lakin əhaliyə göstərilən xidmətlərin tarifləri dəyişməyib”.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, noyabrın sonunda qiymətlərin orta illik artımı 13,4% təşkil etmişdir (2017-ci ilin oktyabr ayı üzrə qiymətlərin orta illik artımı 13,7% təşkil etmişdir).
O cümlədən, il ərzində ərzaq mallarında 17,1%, qeyri-ərzaq mallarında 12,1%, xidmətlərdə isə 9,6% bahalaşma qeyd olunur.
Azərbaycan hökuməti 2017-ci ildə orta illik inflyasiyanı 13,2% səviyyəsində proqnozlaşdırır.
2016-cı ilin sonunda Azərbaycanda orta illik inflaysiaya 12,4% təşkil etmişdir.
30 İyul 2026
29 İyul 2026