12:24 - 11.12.2017
11 dekabr, Fineko/abc.az. Azərbaycanın iqtisadiyyatına bankların kredit qoyuluşları 10 ay ərzində, 2017-ci ilin yanvarın 1-nə 26,6% azalıb.
AMB-dan verilən məlumata əsasən, Azərbaycanın iqtisadiyyatına bankların kredit qoyuluşları 2017-ci ilin noyabrın 1-nə 11731,9 milyon manat həcmində qiymətləndirilir.
Azərbaycanın iqtisadiyyatına bankların kredit qoyuluşları 2017-ci ilin yanvarın 1-nə 15971,2 milyon manat təşkil etmişdir.
Cari ilin oktyabr ayında bankların kredit qoyuluşları 253 milyon manat və yaxud 2,1% azalmışdır.
2016-cı ildə Azərbaycanın iqtisadiyyatına bankların kredit qoyuluşları 24,5% azalmışdır.
29 İyul 2026
27 İyul 2026