10:28 - 29.07.2026
29 iyul, Fineko/abc.az. 2026-cı il iyunun 30-na Azərbaycanda fəaliyyət göstərən bank sektorunda çalışanların sayı artıb.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, hesabat ayı ərzində bank sektorunda çalışanların sayı 88 nəfər və ya 0,3% artaraq 27 min 462 nəfərə yüksəlib.
İyunun sonuna ölkədə fəaliyyət göstərən 22 bankın ümumilikdə 504 filialı və 83 şöbəsi fəaliyyət göstərib. Həmin tarixə bankların istifadəsində olan ATM-lərin sayı isə 3 503 ədəd təşkil edib.
27 İyul 2026