16:15 - 8.12.2017
8 dekabr, Fineko/abc.az. Azərbaycanda 2018-ci ildə qeyd ediləcək Novruz, Ramazan və Qurban bayramları ilə bağlı qeyri-iş günləri açıqlanıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, 2018-ci ildə keçiriləcək Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Qərar qəbul edilib.
Qərara əsasən, Novruz bayramı ilə bağlı qeyri-iş günləri 2018-ci ilin mart ayının 20-dən 24-nə qədər (24-ü daxil olmaqla) davam edəcək, 15, 16 iyun tarixlərində Ramazan bayramı, 22, 23 avqust tarixlərində isə Qurban bayramı qeyd olunacaq.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, həmin günlər qeyri-iş günləri hesab edilir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026