10:52 - 7.12.2017
7 dekabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının iki magistral yollarında hərəkətin sürət həddini endirib.
BNA-nin məlumatında deyildiyi kimi, yağışlı hava ilə bağlı, paytaxtın iki əsas avtomagistralında sürət həddi 20 km/saat endirilb.
“Bakının iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər”, - məlumatda belə deyilir.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026