09:31 - 24.07.2019
24 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib.
BFB xəbər verir ki, iyulun 23-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007742 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 92.2054 AZN (8.5000%) və 94.5300 AZN (5.8184%) olan 28 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.2804 (6.1000%), orta ölçülmüş qiyməti 94.3461 (6.0257%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106,820,9 min AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21 iyul 2020-ci il.
29 İyul 2026
27 İyul 2026