15:45 - 6.12.2017
6 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgenci ilə görüşüb.
Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, görüş əsnasında tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdilər.
Məlumatda qeyd edilir: “Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr və birgə fəaliyyət istiqamətləri müzakirə edilib”.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026