16:14 - 16.07.2019
16 iyul, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəməri çəkilir.
“Azərsu” ASC-dən verilən məlumata görə, magistral kəmərin inşası iyul ayında başa çatdırılacaq və mövcud şəbəkəyə birləşmələr veriləcək.
Ümumilikdə yeni layihənin icrasından 5 qəsəbədə yaşayan 7 min məcburi köçkün faydalanacaq.
Qeyd edək ki, 4500-dək ailənin yaşadığı və 11 qəsəbədən ibarət Cəbrayıl məcburi köçkün şəhərciyində içməli su layihəsi mərhələlərlə həyata keçirilir. 2011-ci ildə icra olunmuş layihə 6 qəsəbəni əhatə edib. Növbəti mərhələdə 11 qəsəbədə bütün evlər sayğacla təmin olunub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026