14:59 - 8.07.2019
8 iyul, Fineko/abc.az. 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8 % artıb.
ƏDV dövriyyəsində artım isə 9,6 % təşkil edir.
Vergilər nazirliyinin məlumaına görə ,ticarət və ictimai iaşə sektoruna daha yüksək artım göstəriciləri qeydə alınıb.
Belə ki, topdansatış ticarət sektorunda dövriyyə 18,4 %, o cümlədən ƏDV dövriyyəsi 24,6 % artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə - 37,3 %, o cümlədən ƏDV dövriyyəsi 38,2 % artıb.
İctimai iaşənin dövriyyəsində isə artım 20,6 % təşkil edir.