Bağlanmış əmək müqavilələrinin sayında artım olub

16:02 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Bu ilin iyun ayının sonuna ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 7,3% və ya 101,66 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14 % və ya 77 min nəfər artıb.

Vergilər Nazirliyindən verilən məlumata əsasən, bağlanmış əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7%-i qeyri-dövlət sektorunun payına düşüb.

Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində  əmək müqavilələrinin sayında 11 minədək artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3%-i ticarət, 18,9%-i xidmət, 18,7%-i sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.