15:51 - 3.07.2019
3 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-may aylarında qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 87,8% artaraq 28,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnozlar 120,6% icra edilib.
5 ayda bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 68,7%-dən 74,2%-ə yüksəlib.
Bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda qeyd edilir.
Qeyd edilir ki, qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi nəticəsində itirilən vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiya edilməsi prosesi müşahidə olunur.