12:05 - 2.07.2019
2 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-may aylarında qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi və sair daxilolmalar istiqamətində olub.
Vergilər Nazirliyindən verilən məlumata görə, ƏDV daxilolmalarında artım 18,3 %, mənfəət vergisi üzrə 33,7 %, əmlak vergisi üzrə 13,3 %, dövlət rüsumları üzrə 63,2 %, sair daxilolmalar üzrə 45,1 %, mədən vergisi üzrə 18 %, aksizlər üzrə isə 4.6 dəfə təşkil edib.
Qeyd edilir ki, əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur.
ƏDV üzrə göstərici 24,9 %-dən 25,3 %-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 31,4 %-dən 32 %-ə, aksiz vergisi üzrə göstərici 7,1 %-dən 7,4 %-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4 %-dən 1,8 %-ə, mənfəət vergisi üzrə göstərici 36,4 %-dən 38,2 %-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 25,7 %-dən 29,6 %-ə qalxıb.