Bu il qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb

15:33 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Cari ilin iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı 13,1 % artaraq 452.242 təşkil edib.

Vergilər Nazirliyindən verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40 % artaraq 21.394-ə çatıb.

Cari ilin 1 iyun tarixinə aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 % artaraq 71.930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2 % artaraq 380.312-yə çatıb.

Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9 % artaraq 17.610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2 % artaraq 3784-ə çatıb.

2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 14,2 % artaraq 145.377-ə çatıb.