09:45 - 27.06.2019
27 iyun, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.
BFB-in məlumatına əsasən, iyunun 25-də AZ0106011759 İSİN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli DOİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
8 investor tərəfindən ümumi məbləği 26 034,3 min manat təşkil edən 11 sifariş daxil olub. İnvestorlar istiqrazlar üçün 97,7122 manatdan (9,9% gəlirlilik) 103,1555 manatadək (7,8%) təklif edirdilər.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98,7462 AZN (9,49%), orta ölçülmüş qiyməti 100,2211 AZN (8,9143%) müəyyən edilmişdir.
Nəticədə 15 milyon manat həcmində DOİ yerləşdirilmişdir.
DOİ-in ödəmə tarixi: 21 iyun 2022-ci il.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026