16:14 - 24.06.2019
24 iyun, Fineko/abc.az. Nazir Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Yekaterina Zahariyevanı qəbul edib.
Görüş zamanı nazir, həmkarına həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Bolqarıstanın Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Yunanıstan – Bolqarıstan İnterkonnektoru vasitəsilə yaradılan bu şəbəkəyə qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirdi.
Həmçinin Nazir Yekaterina Zahariyeva da, Cənubi Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələrin Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb etdiyini və ölkəsinin digər qonşu ölkələri ilə mövcud və tikilməkdə olan interkonnektorlar vasitəsilə Balkan regionunda enerji tranziti üzrə mərkəz qismində çıxış etmək olduğunu bildirdi.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026