12:45 - 4.12.2017
4 dekabr, Fineko/abc.az. Bakıda dekabrın 5-də Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək.
Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 5-də Bakıda öz işinə başlaycaq.
“İclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər”, - məlumatda belə deylir.
Məlumata əsasən, hərbi dialoq çəçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.
İclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general-leytenant Yavuz Türkgencidir.
9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankara şəhərində keçirilmişdir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026