12:35 - 12.06.2019
12 iyun, Fineko/abc.az. Vergilər nazirinin müşaviri Xəqani Abdullayev cari ilin 4 ayında vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə 9 %-dən çox artım olduğunu bildirib.
O qeyd edib ki, vergi proqnozu 111,7 % icra olunub. Müsbət meyillərdən biri odur ki, qeyri-neft sektorundan daxilolmalarda 18 %-dən çox artım qeydə alınıb, 116 % proqnoz icra olunub.
Vergi daxilolmalarında artım tempi qeyri-neft sektorundakı ÜDM-in nominal artım tempini 2 dəfə üstələdiyini qeyd edən Xəqani Abdullayev 4 ayda vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 %-dən 67 %-ə yüksəldiyini bildirib.
“Müsbət trendlərdən biri də qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 22 %-dən çox artmasıdır.” – deyə əlavə edib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026