14:47 - 27.05.2019
27 may, Fineko/abc.az. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Ticarət Komissiyası”nın təşkilati strukturunun yenidən təsdiqlənməsi və sektordakı mövcud vəziyyətlə bağlı iclas keçirilib.
Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov “Ticarət Komissiyası”nın ASK-dakı 14 komissiyadan biri olduğunu və onun strukturunun yenidən formalaşdırıldığını deyib. Keçirilən səsvermədə Vüqar Abbasov komissiyanın sədri, Anar Bayramov və İlqar Nuri isə müavin seçiliblər.
30 İyul 2026