17:18 - 21.05.2019
21 may, Fineko/abc.az. Mayın 21-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclasda cıxış edən komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, 2018-ci ildə qlobal risklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirib.
Xüsusilə qeyri-neft, nəqliyyat sektorlarında və digər sahələrdə əvvəlki illərə nisbətən imkanlar genişlənib. Ötən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat vəsait qoyulub. Bu, əvvəlki ilə nisbətən 3 milyard manat çoxdur. Eyni zamanda, bu vəsaitlərin 70 faizi daxili mənbələr hesabına edilib.- deyə komitə sədri bildirib.