11:21 - 21.05.2019
21 may, Fineko/abc.az. Mayın 22-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.
İclasda Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən isə Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberidir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026