12:30 - 13.05.2019
13 may, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə inflyasiya səviyyəsini açıqlayıb.
Komitənin məlumatına görə, yanvar-aprel aylarında ərzaq məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb.
“Ərzaq məhsullarının, içkilərin və tütün məhsullarının qiymətləri 2%, qeyri-ərzaq məhsullarının qiyməti 1,2%, əhaliyə göstərilən xidmətlərin qiyməti 3,7% artıb”, - deyə komitədən bildirilib.
Məlumatda deyilir ki, yalnız aprel ayında, mart ayı ilə müqayisədə, istehlak mallarının və xidmətlərinin qiymətləri 0,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məhsullarının qiymətləri 8%, qeyri-ərzaq məhsulları və xidmətlərin qiyməti isə 0,1% artıb.
10 Avqust 2026
10 Avqust 2026