17:03 - 28.11.2017
28 noyabr, Fineko/abc.az. Ağcabədi rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev çörək və un məmulatlarının istehsalı üzrə zavodun açılışında iştirak edib.
Dövlət başçısının saytında deyildiyi kimi, 6 hektar sahədə yerləşən zavod iki istehsalat sahəsindən ibarətdir.
“Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir”, - məlumatda belə deyilir.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026