16:56 - 28.11.2017
28 noyabr, Fineko/abc.az. “SOCAR-AQS” Günəşli yatağının dayaz hissəsində yeni quyunun qazmasına başladı.
324 saylı quyu, 7-ci dəniz platformasından qazılacaq. Quyunun layihə dərinliyi 2750 metr təşkil edir. Qazma Balaxanı məiyyətinin X-ci üfüqünə qədər həyata keçiriləcək.
Quyunun qazılmasının sifarişçisi qismində SOCAR şirkətinin "Azneft" istehsalat birliyi çıxış edir.
Yataq, SOCAR-ın bütün neft hasilatının 65%-ni təmin edir.
"SOCAR-AQS" MMC 2007-ci ildə quyuların qazılması və xidməti üzrə xidmətlərin göstərilməsi üçün SOCAR və Absheron Drilling Company tərəfindən yaradılmışdır.
Hal-hazırda “SOCAR-AQS”, Günəşli (11-ci və 7-ci platformalardan) yatağının dayaz hissəsində, Ümid (Ümid-1 platformasından) yatağında, Bulla (6-cı platformalar) və Qərbi Abşeron (20-ci platformalardan) yataqlarında qazma işləri aparır.