17:29 - 30.04.2019
30 aprel, Fineko/abc.az. Mart ayında “Azərkosmos” (Azerspace-1) peyk telekommunikasiya xidmətlərinin ixracından 5,5 milyon dollar qazanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart buraxılışında deyilir ki, telekommunikasiya xidmətləri 17 ölkəyə ixrac edilib.
“İxracat gəlirləri “Azərkosmos”un bütün gəlirlərinin 85%-ni təşkil edib. Xidmətlər əsasən yanvar-mart aylarında ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Böyük Britaniyaya ixrac edilib”, - məlumatda belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026