15:33 - 28.11.2017
28 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində bir neçə obyektin açılışında iştirak edib.
Dövlət başçısının saytında xəbər verildiyi kimi, prezident İlham Əliyev Bayraq Muzeyinin, Olimpiya İdman Kompleksinin və Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Həmçinin qeyd edilir ki, İlham Əliyev Ağcabədi rayonunda inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib.