12:29 - 16.04.2019
16 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında Azərbaycanda xidmət və malların qiymətləri 2,1% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin birinci rübündə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,5 faiz, qeyri-ərzaq məhsulları 1,2 faiz, əhaliyə göstərilən xidmətlərin həcmi 3,5 faiz artıb.
“Mart ayında, fevral ayı ilə müqayisədə, istehlak mallarının və xidmətlərinin qiymətləri 0,6 faiz artıb, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları 1,3 faiz, qeyri-ərzaq malları və xidmətlərin qiyməti isə 0,1 faiz artıb”, - məlumatda belə deyilir.
5 Avqust 2026
5 Avqust 2026