“Sahibkarlara xidmət” və “Biznes inkubasiya” mərkəzləri fəaliyyətə başlayıb

11:32 - 2.04.2019


02 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara xidmət” və “Biznes inkubasiya” mərkəzləri fəaliyyətə başlayıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə yeni yaradılmış mərkəzlərin sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılmasında, kiçik və orta sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin daha da geniş tətbiqində əhəmiyyətli olacaq.