Azərbaycan prezidenti problemli kreditlərin vətəndaşların xeyrinə həll ediləcəyini bildirib

15:10 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərə həsr olunmuş iclas keçirib.

Görüş zamanı Azərbaycan prezidenti bildirdi ki, vətəndaşları narahat edən məsələlərdən biri problemli kreditlərdir.

“Məsələ müəyyən müddətdir ki, müzakirə edilir və hökumət üzvlərinə müvafiq tapşırıqlar verilib. Ötən ildən etibarən təkliflər paketi hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq və Azərbaycan bu məsələdə də öz liderliyini sübut edə və nümunə ola biləcək”, - deyə Prezident bildirib.

İlham Əliyev həmçinin qeyd edib ki, bu məsələdə ən mühüm olanı, düzgün təhlil aparmaq və vətəndaşlar üçün ən optimal variant seçməkdir.

“Ön planda, əlbəttə, maliyyə vəsaitlərinin mövcudluğu məsələsi dayanır. İndi məsələ həllletmə mərhələsindədir”, - deyə İ.Əliyev bildirib.