13:35 - 21.02.2019
21 fevral, Fineko/abc.az. “Ferrari” şirkətinin hibrid güc qurğusu ilə təchiz olunmuş yeni superkarı 2019-cu ildə təqdim ediləcək.
Bu barədə İtaliya markasının rəhbəri Lui Kamilyeri deyib.
Yeni maşın Ferrari tarixində ikinci hibrid olacaq. Birinci hibrid, 2013-cü ildə təqdim edilmiş LaFerrari modeli olmuşdur. Ferrari LaFerrari avtomobili və onun açıq versiyası Aperta, tərkibinə 6,3 litrlik V12 mühərriki, elektrik aqreqat, lityum-ion batareyaları dəsti və iki ilişmə ilə yeddipilləli “robot” daxil olan 963-güclü hibrid qurğu ilə təchiz olunub. Ferrari LaFerrari üç saniyə ərzində 100 km/saat sürətə malikdir, onun maksimal sürəti isə 350 km/s ilə mhdudlaşır.
Təxminən 3 ildən sonra Ferrari şirkəti, hazırda Purosangue adı ilə tanınan ilk krossoverini təqdim edəcək. Model Lamborghini Urus və Bentley Bentayga ilə rəqabət aparmaq üçün nəzərdə tutulub. Bundan başqa, 2022-ci ildən sonra Ferrari-də ilk tamamilə elektrikli superkarın meydana gəlməsi gözlənilir.
30 İyul 2026
29 İyul 2026