11:41 - 19.02.2019
19 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycanın kənd təsərrüfatı sektoru, aqrar məhsullarının istehsalı hesabına 313,1 milyon manat artaraq 2,4% təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay bitkiçilik məhsullarının istehsalı 11,5 milyon manat, heyvandarlıq məhsullarının istehsalı isə 301,6 milyon manat təşkil edib.
“Bitkiçilik məhsullarının istehsalı il ərzində 43,6%, heyvandarlıq məhsullarının istehsalı isə 1,2% artıb”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026