17:13 - 11.02.2019
11 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları yanvarda 0,59% artıb.
Mərkəzi Bankın məlumatına görə, valyuta ehtiyatları 1 fevral 2019-cu il tarixinə 5655,9 milyon dollar təşkil edib. Bununla yanaşı, 1 yanvar 2018-ci il tarixində bu göstərici 5622,5 milyon dollar, 1 fevral 2018-ci il tarixində isə 5381,2 milyon dollar təşkil edib.
Keçən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5,1% artıb.
2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artmışdır. 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artmışdır.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026