15:28 - 29.01.2019
29 yanvar, Fineko/abc.az. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.
O bildirib ki, sahibkarların xaricdən idxal etdiyi malların Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində saatlarla növbədə gözlədilməsi məsələləri aradan qaldırılacaq: “İdarədə bəyannamə təqdim etdikdən sonra sahibkarların növbədə gözləməsi komitədən asılı olan vəziyyət deyil. Bu texniki problemlərlə bağlıdır”.
“Belə növbələrin yaranmasına səbəb elektron ödəmə sistemində texniki nasazlığın hələ də tam aradan qaldırılmamasıdır. Tezliklə elektron ödəniş sistemi tam avtomatlaşdırılacaq. Bu, yüklərin daha tez boşaldılmasına və sahibkarların məhsullarının daha tez çatdırılmasına imkan verəcək”, - deyə komitə sədri əlavə edib.
S.Mehdiyev qeyd edib ki, bu il fevralın 1-dən ixracda “Yaşıl dəhliz” buraxılış sistemi tətbiq olunacaq. Nəticədə sahibkarlar gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada gömrük orqanına göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini icra edə, nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını həyata keçirə bilərlər”, - deyə S.Mehdiyev bildirib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026