11:06 - 22.01.2019
22 yanvar, Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv prosesində olan “Royalbank” ASC-nin təminatsız kreditorlarının tələbi ilə növbəti ödənişlərin həyata keçiriləcəyini elan edib.
AƏSF məlumatında deyilir ki, ödənişlər nağdsız hesablaşma yolu ilə 28 yanvar 2019-cu il tarixindən etibarən başlanacaq.
“Kreditorlar, Fondun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə və bank rekvizitlərini qeyd etməklə müraciət edə bilərlər”, - məlumatda belə deyilir.
Əlavə məlumat üçün (012) 596 65 91/92/93 telefon nömrəsi və ya 941 qaynar xəttinə zəng etmək mümkündür.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026