12:13 - 21.01.2019
21 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 21 yanvar tarixində hərracda Bank 350 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 701,9 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026