15:37 - 24.11.2026
24 Noyabr, Fineko/abc.az. ABŞ Ticarət Nazirliyi qanunvericilərin tənqidlərindən sonra “Nvidia” ilə bağlı qalmaqalın mərkəzində dayanan bulud texnologiyaları şirkəti “Megaspeed”i və “Alibaba”nın Sinqapur törəməsi “Apex Enterprise Solutions”ı ticarət məhdudiyyətləri siyahısına (Entity List) daxil edib.
2024-cü ildən bəri süni intellekt (AI) çiplərini Çinə yönləndirməkdə şübhəli bilinərək araşdırılan “Megaspeed” bundan sonra ABŞ məhsullarını almaq üçün xüsusi lisenziya almalıdır. Qeyd edək ki, iki həftə əvvəl “Nvidia”nın baş direktoru Censen Xuanqın “Megaspeed”in keçmiş rəhbəri və ABŞ tərəfindən Çin casusu olmaqda şübhəli bilinən Elis Xuanqla münasibətləri barədə xəbərlər yayılmışdı.
Məlumata görə, “Apex” Cənub-Şərqi Asiyada hesablama gücü icarəyə götürmək üçün “Megaspeed” və digər şirkətlərə təxminən 4,2 milyard dollar avans ödəyib və qarşılığında aktivləri girov götürüb. Siyahıya həmçinin “Megaspeed”in sahibi “Swiftdata” və aktivləri 2,14 milyard dollar həcmində qiymətləndirilən Malayziya törəməsi “Speedmatrix” daxil olmaqla daha beş əlaqəli şirkət əlavə edilib. “Alibaba” isə qərarı səhv adlandıraraq hüquqlarını məhkəmə yolu ilə qoruyacağını bəyan edib.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026