10:13 - 25.11.2026
25 Noyabr, Fineko/abc.az. Amerikanın texnologiya nəhəngi “Dell Technologies” süni intellekt (AI) infrastrukturuna artan korporativ tələbat fonunda rekord rüblük nəticələr açıqlayaraq bu il üçüncü dəfə illik maliyyə proqnozlarını yüksəldib.
İdarə Heyətinin 25 milyard dollarlıq əlavə səhm geri alışı proqramını təsdiqləməsindən sonra şirkətin səhmləri əlavə ticarət sessiyasında təxminən 5 faiz bahalaşıb.
Oktyabrın 30-da başa çatan üçüncü rübdə şirkətin ümumi gəliri analitiklərin 49,32 milyard dollarlıq proqnozunu üstələyərək rekord həddə — 54,94 milyard dollara çatıb. Server və məlumat saxlama bölməsinin gəlirləri təxminən üç dəfə artaraq 41,97 milyard dollar olub, fərdi kompüter (PC) seqmenti isə 3 faiz artımla 12,89 milyard dollar gəlir gətirib. Rüb ərzində 60,2 milyard dollarlıq yeni sifariş qəbul edən şirkətin AI serverləri üzrə yığılmış sifariş portfeli 132,3 milyard dollarla tarixi maksimuma yüksəlib.
“Dell” 2027-ci maliyyə ili üzrə ümumi gəlir proqnozunu 192 milyard dollardan 202 milyard dollara, süni intellekt serverlərindən gözlənilən illik gəliri isə 74 milyard dollardan 78 milyard dollara qaldırıb. Şirkət həmçinin yaddaş çipləri çatışmazlığının 2027-ci ildə də davam edəcəyi barədə xəbərdarlıq edib.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026