İslam maliyyəsində 285 milyon manatlıq dövriyyə formalaşıb - Ekspert

15:04 - 24.11.2026


24 noyabr, Fineko/abc.az. Hesablamalara görə, 2023-cü ildən etibarən Azərbaycanda İslam maliyyə məhsulları vasitəsilə ümumilikdə 285 milyon manat həcmində vəsait dövriyyəyə cəlb olunub.

Bunu ABC.AZ-a açıqlamasında iqtisadçı-ekspert RuslanS Atakişiyev deyib.

O qeyd edib ki, sahibkarlar və müəssisələr bu alətlərdən fəaliyyətlərinin maliyyələşdirilməsində istifadə edirlər.

"İslam maliyyəsi prinsiplərinə uyğun olaraq vəsaitlər şəriət baxımından qadağan olunmayan (haram sayılmayan) bütün sahələrə yönəldilə bilər. Ticarət və idxal-ixrac əməliyyatları ilə yanaşı, kənd təsərrüfatında - xüsusilə Quba və Zaqatala rayonlarında -müasir suvarma sistemlərinin alınması, həmçinin sənaye və əlvan metallurgiya sahələrində bu alətlərdən istifadə halları müşahidə olunur. Coğrafi baxımdan isə maliyyələşmədən yararlananlar arasında Bakı ilə yanaşı Gəncə, Quba, Zaqatala və digər iri şəhər və rayonların təmsilçiləri üstünlük təşkil edir".

Müəllif: Elmir Muradov