17:16 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin verdiyi qərara əsasən, “AllAllFinance” ASC-nin qiymətli kağızlarının birjada ticarətinə icazə verilib.
Ümumi həcmi 205 min manat olan emissiya çərçivəsində nominal dəyəri 410 manat təşkil edən 500 ədəd adi, adlı, sənədsiz səhmin yerləşdirilməsi nəzərdə tutulur.
Anderrayter funksiyasını “Troni İnvestisiya Şirkəti” QSC-nin yerinə yetirdiyi bu səhmlər üzrə abunə yazılışı noyabrın 25-dən dekabrın 4-dək davam edəcək, yerləşdirmə prosesi isə dekabrın 7-də reallaşacaq.
2024-cü il sentyabrın 10-da dövlət qeydiyyatından keçən və banklarla maliyyə qurumlarının problemli kredit portfellərinin alınması, eləcə də debitor borclarının idarə edilməsi və yığımı ilə məşğul olan şirkətin səhmdarları Mədəd Rüstəmov (40%), Camal Aydınov (40%) və Rəşad Səlimovdur (20%) ki, həmin şəxslər eyni pay bölgüsü ilə “KollektA” ASC-nin də sahibləridir.
Yeni səhm buraxılışı tam reallaşacağı təqdirdə, “AllAllFinance”in nizamnamə kapitalı 51 dəfə yüksələrək 4,1 min manatdan 209,1 min manata çatacaq.
Qeyd edək ki, 2026-cı ilin birinci yarısının yekunlarına görə şirkətin xalis mənfəəti 14 faiz artımla 3,22 milyon manata, aktivlərinin həcmi isə 111,3 faiz böyüyərək 13,41 milyon manata yüksəlib.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026