“PAŞAİnvest I” nizamnamə kapitalını bu qədər azaldıb

12:28 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. “PAŞA Holding” MMC-yə daxil olan “PAŞAİnvest I” Kommandit Ortaqlığının nizamnamə kapitalı azaldılıb.

Şirkətin nizamnamə kapitalı 25 avqust 2026-cı il tarixində 761 min 267,06 manat azaldılaraq 29 milyon 778 min 96,58 manatdan 29 milyon 16 min 829,52 manata endirilib.

Beləliklə, şirkətin nizamnamə kapitalı təxminən 2,6% azalıb.