11:00 - 16.11.2026
16 noyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 2026-cı il oktyabrın 31-nə 879 milyon avro təşkil edib.
Bu barədə Bankdan bildirilib. Sentyabrın sonu ilə müqayisədə kredit portfeli 2 milyon avro və ya 0,23% azalıb. Portfeldə özəl sektorun payı 40%-dən 41%-ə yüksəlib. Bankın ölkədə 35 aktiv layihəsi var.
Kredit portfelinin 784 milyon avrosu və ya 89%-i dayanıqlı infrastrukturun inkişafına, 65 milyon avrosu və ya 7%-i isə maliyyə institutlarına yönəlib. Aylıq müqayisədə dayanıqlı infrastruktur üzrə portfel 3 milyon avro azalıb, maliyyə institutları üzrə isə 1 milyon avro artıb.
Oktyabrın 31-nə bankın Azərbaycandakı əməliyyat aktivləri 716 milyon avro təşkil edib. Bu, sentyabrın sonu ilə müqayisədə 2 milyon avro və ya 0,28% azdır.
Ümumilikdə, EBRD-nin Azərbaycana yatırdığı investisiyaların həcmi 3,831 milyard avroya çatıb. Bankın ayırdığı vəsaitlərin və verdiyi zəmanətlərin ümumi məbləği 3,621 milyard avro təşkil edib.
Qeyd edək ki, EBRD 2025-ci ildə Azərbaycanda 10 layihəni ümumilikdə 81 milyon avro məbləğində maliyyələşdirib.
©APA
23 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026