11:16 - 30.10.2026
30 oktyabr, Fineko/abc.az. Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Onun sözlərinə görə, əsrlər boyu dostluq şəraitində yaşayan xalqlarımız arasındakı strateji tərəfdaşlıq son dövrdə keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Baş nazir vurğulayıb ki, yüksəksəviyyəli siyasi dialoq əməkdaşlığın möhkəmlənməsində aparıcı rol oynayır. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Gürcüstana dövlət səfəri və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin mayda WUF13 çərçivəsində Azərbaycana səfəri münasibətlərin strateji mahiyyətini təsdiqləyərək əlaqələrin dərinləşməsinə əlavə impuls verib. Ə.Əsədov ölkələrin beynəlxalq təşkilatlarda, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini həmişə dəstəklədiyini diqqətə çatdırıb.
Ticarət-iqtisadi əlaqələrin müsbət dinamikasına toxunan Baş nazir qeyd edib ki, Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Cari ilin 9 ayı ərzində ikitərəfli ticarət dövriyyəsi 42% artaraq ötən ilin ümumi göstəricisini geridə qoyub və 1 milyard dollara yaxınlaşıb. İnvestisiya sahəsində də yüksək nəticələr əldə olunub — Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir və bu investisiyaların həcmi artıq 4 milyard dollara çatır.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026