16:07 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Ölkənin aparıcı yağ istehsalçılarından olan və 2014-cü ildən fəaliyyət göstərən “Azərsun Holdinq”ə məxsus Bakı Qida və Yağ Fabrikində xammal təminatında yerli məhsulun payını artırmaq üçün yeni layihəyə start verilib.
“Final”, “Möcüzə” və “Gülüm” kimi markalarla günəbaxan, qarğıdalı, zeytun, pambıq yağları və marqarin istehsal edən bu müəssisəni yerli xammalla təmin etmək məqsədilə şirkət cari ilin avqust ayında Biləsuvar və Həkəri ərazilərində ümumilikdə 229 hektar sahədə günəbaxan əkini aparıb və buradan təxminən 600 ton məhsul götürməyi hədəfləyib.
Holdinqin Baş İcraçı Direktoru Savaş Uzanın sözlərinə görə, 2030-cu ilədək günəbaxan əkin sahələrinin 1 800 hektara, yığılacaq məhsulun həcminin isə 4 min tona çatdırılması və əldə olunan toxumun birbaşa Bakı Qida və Yağ Fabrikində emalı planlaşdırılır.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026