11:38 - 20.11.2026
20 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 520 milyon 600 min manata yaxın olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 110 milyon 800 min manat və ya 27% çoxdur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin ilk on ayında bu göstərici təxminən 409 milyon 800 min manat təşkil edib.
2026-cı il noyabrın 1-nə muxtar respublikada qeydiyyatda olan onlayn nəzarət-kassa aparatlarının sayı 3 min 417 ədəd olub.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026