İstehlakçıların hüquqları ilə bağlı qanuna əsaslı dəyişikliklər ediləcək

17:26 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunvericiliyin əsaslı şəkildə yenilənməsi planlaşdırılır.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda təşkil olunan “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusundakı tədbirdə çıxışı zamanı məlumat verib.

“1995-ci ildə qəbul olunmuş qanuna indiyədək bir sıra dəyişikliklər edilib. Yaxın gələcəkdə qanuna əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılır”, – deyə şöbə müdiri vurğulayıb.