11:42 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Cari ilin ilk doqquz ayında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dollardan çox olub.
Bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində keçirilən plenar sessiyada bildirib. Onun sözlərinə görə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarı olaraq qalır — 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 12 milyard dollara yaxın təşkil edib.
Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir.
Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və SOCAR vasitəsilə İtaliya iqtisadiyyatına uzunmüddətli investisiyalar yatırılır
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026