15:01 - 18.11.2026
18 noyabr, Fineko/abc.az. Qoyun və donuz ətinin (1 cəmdək), eləcə də donuz piyinin baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktı və nişanlanma üçün dövlət rüsumu 4 manatdan 2 manata endirilir.
Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən müvafiq dəyişiklik birinci oxunuşda qəbul edilib.
Dəyişiklik çəkisi az olan xırdabuynuzlu heyvanlar üçün mövcud rüsumun iri heyvanlarla (5 manat) müqayisədə yüksək olması ilə əsaslandırılır. Bildirilir ki, rüsumun 2 dəfə azaldılması sahibkarların maliyyə yükünü və məhsulun maya dəyərini aşağı salmaqla yanaşı, qanunsuz heyvan kəsiminin qarşısının alınmasına da xidmət edəcək.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026