1,2 mln manatlıq dərman tenderini “Zeytun Pharmaceuticals” qazandı

10:35 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs güclü təsiredici və psixotrop dərman vasitələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyən edib.

Tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub.

Satınalma üzrə ehtimal olunan qiymət 1 milyon 218 min 47 manat 19 qəpik təşkil edib.

Tender çərçivəsində güclü təsiredici və psixotrop dərman vasitələrinin alınması nəzərdə tutulur.