Azərbaycanda tədqiqat işlərinə çəkilən xərclər 37 milyon manatdan çox artıb

11:18 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. Azərbaycanda tədqiqat və işləmələrə çəkilən ümumi xərclər 2025-ci ildə 301 mln 400 min manata çatıb.

2024-cü ildə bu göstərici 264 milyon 200 min manat olub. Beləliklə, tədqiqat xərcləri bir ildə 37 milyon 100 min manat və ya 14,1% artıb.

Dövlət Statistika Komitəsindən bildirib ki, tədqiqat və işləmələrə 2020-ci ildə 168 milyon 900 min manat xərclənib. Son beş ildə bu göstərici 78,4 % yüksəlib.

Dövlət büdcəsindən elmə çəkilən xərclər isə 2025-ci ildə 2 milyon 200 min manat və ya 1,1% artaraq 199 milyon 400 min manata çatıb. Bu xərclərin ümumi daxili məhsula nisbəti 0,16 faizdən 0,15 faizə enib.